Köməksiz qalan beş nəfər xilas edildi


09:32     27 May 2019 2019/03/komeksiz-halsiz-fhn-yardim-bagli-qapi-cinayet-yangin_1552295307.jpeg

Bakı şəhərinin Binəqədi və Yasamal rayonlarında ayrı-ayrı ünvanlarda ikisi azyaşlı olmaqla 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Femida.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri vətəndaşlara müvafiq köməklik göstərib.

Digər məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda biri azyaşlı olmaqla 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri vətəndaşlara müvafiq köməklik göstərib.

Femida.az

Açar sözlər: #FHN  

Oxunub: 276