Əhaliyə çörək çatdıran maşına hər ay 50 manat cərimə yazılır - VİDEO
10:14 27 May 2019
Bakıda çörək sexlərindən birinə məxsus avtomobilə ay ərzində 40-50 cərimə yazılır. Səbəb həmin avtomobilin qadağan olunmuş ərazidə dayanmasıdır. Çörək sexinin əməkdaşları deyir ki, bütün cərimələr onlar mağazalara çörək verərkən yazılıb. Bəs bu cür zəruri qida məhsulu verən avtomobillərə belə yerlərdə güzəştə gedilə bilərmi? Əməkdaşlarımız mövzünu araşdırıblar.
Dayanma və durma qaydasının pozulmasına görə çörək sexinə məxsus bir avtomobilə 40-50 cərimə tətbiq edilib.
Çörək sexinin əməkdaşı Emin Hümbətov deyir ki, adətən cərimələr şəhərin mərkəzi küçə və prospektinin kənarındakı mağazaların qarşısında yazılır. Həmin ərazilərdə dayanma və durmaya kameralar vasitəsi ilə nəzarət edilir. Bu səbəbdən də onların əməkdaşları avtomobillə həmin mağazalara çörək verərkən radara düşürlər.
Emin Hümbətov deyir ki, çörək avtomobili mütləq qaydada mağazanın qarşısında dayanmaldır. Kənarda saxlayıb çörəyi açıq şəkildə mağazaya gətirmək həm gigiyenik cəhətdən düzgün deyil, həm də vaxt itkisidir.
Qeyd edək ki, sözügedən sexin avtomobillərinə ən çox cərimələr paytaxtın Əbdülrəhim Bəy Haqverdiyev, Şərifzadə, Cəfər Cabbarlı və Şıxəli Qurbanov küçəsində yazılır. Çörək sexinin əməkdaşları məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət də ediblər. Amma agentlikdən sahibkara cərimələrin qanuna uyğun şəkildə tərtib edildiyni deyiblər. Lakin Millət vəkili Çingiz Qənizadə deyir ki, zəruri qida məshulu verən avtomobillərə güzəşt edilməlidir.
Millət vəkili deyir ki, zəruri ərzaq daşıyan avtomobillərin qadağan olunmuş ərazidə dayanması üçün, komitə iclasında inzibati xətalar məcəlləsinə güzəştlərin əlavə edilməsi müzakirə edilə bilər.
Oxunub: 962
Oxşar xəbərlər
- Əhaliyə sevindirəcək XƏBƏR - Kredit faizləri azaldıla bilər - VİDEO
- Əhaliyə ŞAD XƏBƏR : Hamının gözlədiyi qərar verilir - VİDEO
- Əhaliyə xəbərdarlıq edildi: Bu tarixdə Bakıya QAR YAĞACAQ - RƏSMİ
- Əhaliyə xəbərdarlıq edildi
- Vəkillər bu regiona gedir - Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək
- Əhaliyə leş əti satmaq istəyirdilər
- Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək
- Əhaliyə keyfiyyətsiz dondurma satan sex bağlandı
- Əhaliyə ilanlarla bağlı XƏBƏRDARLIQ!
- Əhaliyə verilən yararsız mal-qara ilə bağlı daha bir fakt - FOTO