Bakıda intihara cəhd edən şəxs kameraya düşdü - VİDEO


10:57     27 May 2019 2019/05/1196851_1558940322.jpg

Ötən gün axşam saatlarında Bakıda bir nəfər intihara cəhd edib.


Femida.az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilib ki, gənc oğlan özünü Səbail rayonunda yerləşən binalardan birinin eyvanından atmaq istəyib.

Əraziyə Bakı şəhər Təcili Tibbi yardım Stansiyasının həkimləri, polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.




Gənclə aparılan psixoloji söhbətlərdən sonra Kamil İbrahim oğlu Talıbov xilas edilib.

İntihara cəhd hadisəsinin səbəbləri araşdırılır.

Açar sözlər:

Oxunub: 1178