Bakı-Qəbələ qatarı nə vaxt açılacaq?


11:20     27 May 2019 president_yeni_qatarlar_030615_01.jpg

“2020-ci ilin ilk 5 ayında yəqin ki vətəndaşlarımız Bakı-Qəbələ dəmir yolu xəttindən istifadə edə biləcəklər”.



Femida.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, Qəbələyə də “Stadler” firmasının bir və ya iki mərtəbəli qatarları hərəkət edəcək: “Bu yolun Bakıdan Ləkiyə qədər uzunluğu 140 km-dir. Birlikdə isə yolun uzunluğu Qəbələyə qədər 280 km məsafədir. Bu da sürətlə tənzimlənsə təxminən 3 saat yol deməkdir”.

Sədr həmçinin əlavə edib ki, “Şahdağ” turizm obyektinə dəmir yolu xəttinin çəkilməsi üçün vəsait ayrılıb: “Layihələndirmə işləri yəqin ki bu ilin sonuna qədər yekunlaşar. Bununla bağlı sərəncam var. Pul ayrılıb. 2020-ci ildə tender keçirəcəyik. Şirkət müəyyən olunandan sonra işin başlanılmasına start veriləcək. Şimal yolunda da gələn ildən tikintinin başlanılması gözlənilir. Bundan əlavə, həmçinin respublikanın cənub sərhədlərini də rahat yollarla birləşdirəcəyik. Balakən istiqamətində xətt var. Ancaq köhnədir. Gələcəkdə biz o yolun da yenidən qurulması ilə ciddi məşğul olmalıyıq”.

Femida.az

Açar sözlər:

Oxunub: 369