Real TV gizli qalan videonu yaydı- İllər sonra


11:22     27 May 2019 2019/05/video-fah_1558941870.jpg

"Real" televiziyasında Qarabağ müharibəsini əks etdirən kadrlar yayımlanıb.


“Mir Şahinin vaxtı"nda Qarabağ müharibəsi ilə bağlı 1992-1993-cü illərə aid heç yerdə yayımlanmayan nadir videokadrlar göstərilib. Videogörüntüləri jurnalist Mir Şahinin qonağı, hərbi operator İlham Ələkbərov təqdim edib. Söhbət əsnasında kadrların Buzovna qəsəbəsində - məcburi köçkünlərin məskunlaşdığı yataqxanada, Ağdərə və Kəlbəcər rayonlarında çəkildiyi məlum olub.


Günün xəbəri: ABŞ bombalayarsa, İran bu ölkəyə hücum edəcək və... - İsrailli ekspertlər ŞOK SSENARİNİ AÇDI

Kadrlarda mərmi düşməsi nəticəsində yaralanan əsgərlər, qana bulaşmış silahları yığan operator, əl-ayağını yara basmış şəxsi heyət, təcrübəsizlikdən şikayətlənən zabitlər əks olunub.

Mir Şahin Ağayev mövzuya girişi bu sözlərlə başlayıb:

"Keçmişin bərpası, qəhrəmanların dırnağa salınması. Ən yaxın tarixin təqdimatına başlayırıq. Tariximizin qızıl fondu Real Təhlil və İnformasiya Mərkəzində. Özünü gələcək kimi göstərənlərin əslində keçmiş olduqlarını gözlərinizlə görəcəksiniz".

Videoda qanlı səhnələr olduğu üçün azyaşlıların baxması məsləhət deyil.



Açar sözlər:

Oxunub: 4094