Maşından 5 kq-a yaxın narkotik götürülüb


12:15     27 May 2019 2019/05/narkotik_yeni1_1558945122.jpg


Lənkəran şəhərində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən əməliyyat məlumatı əsasında şəhər sakini O.Quluzadənin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə keçirdikləri baxış zamanı oradan çəkisi 4,2 kiloqrama yaxın tiryək və 485 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər: #Narkotik  

Oxunub: 423