Rektor 100 minlik avtomobili nə vaxt alıb? - AÇIQLAMA
12:33 27 May 2019
Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva özünə lüks avtomobil alıb.
Femida.az bakupost.az-a istinadən xəbər verir ki, 2016-cı il istehsalı olan 90-HT-010 dövlət nömrə nişanlı "Mercedes S-400" model avtomobilin Azərbaycanda ortalama bazar qiyməti 90-100 min dollardır.
Maşının 2019-cu il buraxılışının qiyməti isə Bakıda 230 min dollara satılır.
Xanım rektorun maşınının isə xüsusi yığılmış avtomobil olduğu və əvvəlki sahibinə 250 min dollara başa gəldiyi bildirilir. N.Əliyeva bu maşını keçmiş sahibindən 2018-ci ilin sonunda alıb.
Qeyd edək ki, lüks avtomobil etibarnamə ilə rektorun köməkçisinin adına rəsmiləşdirilib. N. Əliyeva artıq bir neçə aydır, bu bahalı maşından istifadə edir.
Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev mövzu ilə bağlı bildirib ki, N.Əliyeva bəhs edilən avtomobili rektor təyin edilməmişdən əvvəl alıb: "Bunu yeni avtomobil kimi təqdim eləmək doğru deyil. O maşın Nurlana xanımda rektorluqdan əvvəl olub".
Qeyd edək ki, Nurlana Müzəffər qızı Əliyeva 23 iyun 2016-cı ildə Azərbaycan Respublikası Prezidentini İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru təyin edilib. Avtomobilin buraxılış ili də 2016-cı ildir.
Femida.az
Oxunub: 623
Oxşar xəbərlər
- BSU-nun tələbəsi vəfat edib
- BSU-nun sabiq şöbə müdiri: "Xarici vətəndaşın 6 800 manatını Nurlana Əliyevaya verdim"
- Saxlanılan şöbə müdiri ilə bağlı BSU-dan AÇIQLAMA
- "Hüquqi savadı olmayan insan..." - Parlamentin buraxılmasına rəy verən yeganə ekspertlə ÖZƏL MÜSAHİBƏ
- BSU qalmaqallı müsabiqəyə aydınlıq gətirdi
- Slavyan Universitetində diplom qalmaqalı - Sabiq tələbədən ciddi ittiham – FOTOFAKT
- "Araz Rəhimovun səsləndirdiyi fikirlər absurddur" - FHN-dən CAVAB GƏLDİ
- Slavyan Universitetdən geri addım - Tələbələr təhsilini davam etdirəcək
- "Məsələnin Təhsil Nazirliyinə aidiyyatı yoxdur" - BSU-dan təkzib
- "Məsələ həll olunmasa, beynəlxalq müstəviyə daşıyacam" - Hüquqşünasdan tələbə qalmaqalına münasibət