“Azərbaycan və İtaliya güclü strateji tərəfdaşdır” - Hikmət Hacıyev


13:11     27 May 2019 1428524739_hikmet-haciyev.jpg


“Azərbaycan və İtaliya güclü strateji tərəfdaşdır”.

Femida.az-ın xəbərinə görə, bu sözləri İtaliyanın paytaxtı Romada səfərdə olan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev öz rəsmi "Twitter" səhifəsində yazıb.

O, vurğulayıb ki, İtaliya Azərbaycanın Avropa İttifaqında əsas ticarət tərəfdaşıdır: “Bu yaxınlarda istifadəyə veriləcək TAP boru kəməri bizim əməkdaşlığımızı daha da gücləndirəcək”.

H.Haciyev həmçinin italiyalı həmkarları, akademiklər və düşüncə mərkəzləri ilə səmərəli görüşlər keçirəcəyini bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 255