Aprel şəhidlərinin ailələri ilə görüş keçirilib


15:05     27 May 2019 2019/05/61659246_2020010864777609_4167926587200634880_n_1558955322.jpg


“Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin təşkilatçılığı və Şamaxı rayonu İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “Qəhrəmanlar unudulmur” layihəsi çərçivəsində Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Qobustandan olan Aprel şəhidlərinin ailələri ilə görüş olub.

Femida.az xəbər verir ki, görüşdə millət vəkili Qənirə Paşayeva, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Türkiyəli yazar Məryəm Aybikə Sinan, “Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri Sevinc Alızadə, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, yazıçı-publisist Aida Eyvazlı qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik ediblər, onlara Allahdan bütün dualarına çatmalarını diləyiblər. Dövlətimizin hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları, qazilərinə və əlillərinə dəstək və qayğısından danışaraq Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əminliklərini ifadə ediblər.



“O gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyiblər. Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Qənirə Paşayeva, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Türkiyəli yazar Məryəm Aybikə Sinan, “Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri Sevinc Alızadə, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, yazıçı-publisist Aida Eyvazlı hər birimiz şəhid ailələrinə daim qayğı ilə yanaşmalıyıq, inşallah növbəti görüşlərimizi Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə də keçirək deyiblər.



Türkiyənin tanınmış yazar və jurnalisti Məryəm Aybikə Sinan Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu qeyd edərək, Azərbaycanın şəhidi, qazisi, həm də Türkiyənin şəhidi, qazisidir dedi və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib. Millət vəkili Q.Paşayeva hər bir şəhid ailəsi ilə ayrılıqda da söhbət edib, qayğıları ilə maraqlanıb və müəllifi olduğu kitablar və hədiyyələr təqdim edib. Eyni zamanda Qarabağ qaziləri və əlilləri ilə də geniş söhbətlər, fikir mübadiləsi olub.

Millət vəkili Qənirə Paşayeva, “Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri Sevinc Alızadə, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, yazıçı-publisist Aida Eyvazlı, Türkiyəli yazar və jurnalist Məryəm Aybikə Sinan Şamaxıda Şəhidlər Xiyabanını şəhid ailələri və Qarabağ qaziləri ilə birlikdə ziyarət ediblər, şəhidlərimizin ruhuna dualar oxuyublar. Şamaxıda rayon icra hakimiyyətinin başçısı T.Məmmədovla da maraqlı görüş və fikir mübadiləsi də olub. Şamaxı rayon icra başçısı T.Məmmədov rayonda görülən işlərlə bərabər şəhidlərimizin xatirəsinin yaşadılması, şəhid ailələri və qazilərlə bağlı rayonda görülən işlərdən danışıb və şəhid ailələrinə və qazilərə hər zaman diqqət və qayğı ilə yanaşıldığını vurğulayıb.



Femida.az

Açar sözlər: #şəhid   #ailə   #Qənirə_Paşayeva  

Oxunub: 792