Jurnalisti döyən icra başçısına qarşı cinayət işi başladılıb - VİDEO


15:09     27 May 2019 19_05_27_1558955846.jpg

Rusiya İstintaq Komitəsinin Xakasiya vilayəti üzrə İdarəsi Şira rayonunun icra başçısı Sergey Zaytsev barəsində jurnalist fəaliyyətini həyata keçirərkən media işçisinə hücumla bağlı cinayət işi başladıb.



Femida.az -ın məlumatına görə, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, mayın 22-də “Vesti. Dejurnaya çast” proqramının çəkiliş qrupu reportaj hazırlamaq məqsədi ilə rayon administrasiyasının binasına gediblər: “Kabinetində jurnalistlə görüş zamanı Sergey Zaytsev onların fəaliyyətindən narazı olaraq jurnalisti əli ilə itələyib, paltarından tutaraq yerə yıxıb”.

Cinayət işi çərçivəsində istintaq idarəsi məmurun korrupsiya əməllərində iştirakını da araşdırır.


Açar sözlər:

Oxunub: 790