Son yağışlar kənd təsərrüfatına ciddi ziyan vurmayıb - Nazirlik


16:11     27 May 2019 kend%20teserrufati%20nazirliyi.jpg

Son günlər Azərbaycanda müşahidə edilən yağışlı hava şəraiti kənd təsərrüfatına ciddi ziyan vurmayıb.


Femida.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, nazirliyin mütəxəssisləri, eləcə də Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) əməkdaşları rayonlarda təsərrüfatlara baxış keçirib: “Yalnız Göygöl, Qusar və Yardımlı rayonlarında fərdi təsərrüfatlara qismən ziyan dəydiyi müəyyən edilib. Amma bu ziyanlar ümumilikdə aqrar sektora mənfi təsir edəcək səviyyədə deyil. Məsələn, 10 hektarlıq ərazinin 20 sotluq hissəsi ziyan çəkib”.

Femida.az

Açar sözlər:

Oxunub: 301