Zelenski İlham Əliyevə məktub göndərdi
16:16 27 May 2019
Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu göndərib.
Femida.az xəbər verir ki təbrikdə deyilir:
Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız - Respublika Günü münasibəti ilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan Respublikası sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafın dayanıqlı templərini nümayiş etdirir, bu da şübhəsiz ki, ölkənin dünya arenasında nüfuzunun möhkəmlənməsinə təsir edir.
Əminəm ki, Ukrayna və Azərbaycan arasında mövcud əməkdaşlıq gələcəkdə də strateji tərəfdaşlıq ruhunda və dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı surətdə dəstəklənməsi əsasında inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.
Oxunub: 1931
Oxşar xəbərlər
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Zelenski işğaldan azad olunan yaşayış məntəqələrinin sayını açıqlayıb
- Zelenski: "Rusiya artıq Ukraynaya 3 minə yaxın raket atıb"
- Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
- Zelenski: "Ukrayna Rusiya ilə viza rejimi tətbiq edəcək"
- Bayden: “Biz xəbərdarlıq etdik, Zelenski qulaq asmaq istəmədi”
- Zelenski Putinə qarşı sanksiyalar tətbiq edib
- Zelenski Rusiya ilə danışıqlara qayıtmağın şərtini açıqlayıb
- Zelenski: "Müharibənin son mərhələsi başlayıb"
- Zelenski mühüm Qanun imzaladı