Bu yollarda təmir və rənglənmə aparılacaq


16:20     27 May 2019 yol%20temir.jpg

Qala-Pirallahı avtomobil yolunda avtonəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.



“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, bundan başqa 27-28 may tarixlərində (2 gün) saat 22:00-dan səhər saatlarına kimi Bakı şəhəri, Cəfər Cabbarlı, Zivərbəy Əhmədbəyov, Məmmədəmin Rəsulzadə və Şıxəli Qurbanov küçələrində, həmçinin Azərbaycan prospektində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 300