Bakıdan Rusiyanın daha bir şəhərinə avtobus reysi açıldı


16:18     27 May 2019 19_05_27_1558959619.jpg


28 maydan etibarən həftənin 2-ci və 5-ci günləri Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Tver-Bakı istiqaməti üzrə yeni reys fəaliyyətə başlayacaq.

Femida.az xəbər verir ki, avtobus Bakıdan saat 13:00-da hərəkət edəcək. Səfər saatı təxminən 36 saatdır. Avtobus digər istiqamətdən də həftənin 2-ci və 5-ci günləri saat 13:00 da yola düşür. Biletin bir istiqamət üzrə qiyməti 100 AZN təşkil edir. Avtobus Rostov, Varonej, Tula, Moskva şəhərlərindən keçəcək.



Sərnişinlər Bakı-Tver-Bakı reysinə biletləri “avtovagzal.az” saytına daxil olmaqla “onlayn” qaydada, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarına yaxınlaşmaqla əldə edə bilərlər.

5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir. Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.

Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub.

Femida.az

Açar sözlər: #avtovağzal   #Bakı   #Rusiya  

Oxunub: 627