DYP sürücülərə müraciət edib
16:25 27 May 2019
2019-cu il 29 may tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Femida.az xəbər verir ki, müraciətdə deyilir:
"Ölkəmiz son zamanlar bir çox mötəbər idman yarışlarına və digər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Qeyd olunan tədbirlər vətəndaşlarımızın və ayrı-ayrı əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində yüksək səviyyədə təşkil olunaraq keçirilib. Əvvəlki illərdə olduğu kimi, hesab edirik ki, 2019-ju il may ayının 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulan futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu da yüksək səviyyədə keçiriləcəkdir.
Bununla əlaqədar, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi diqqətinizə çatdırır ki, sözügedən tədbir ərəfəsində paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlərin və ölkəmizə gələn digər xarici qonaqların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün həmin ərazilərdə may ayının 29-da nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaqdır. Bu baxımdan, paytaxt sakinlərindən həmin tarixdə şəxsi nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyatdan isitifadə etmələri xahiş olunur".
Femida.az
Oxunub: 327
Oxşar xəbərlər
- DYP sürücülərə müraciət edib
- DYP yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib
- DYP şagirdlərin ekskursiyalarını təşkil edən şəxslərə müraciət ünvanlayıb
- DYP valideynlərə "Son zəng"lə bağlı xəbərdarlıq edib
- DYP: “Vətəndaşlarımızdan ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik”
- DYP rayonlardan paytaxta ərzaq daşıyan sürücülərə müraciət edib
- DYP Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib
- DYP avtomobillərin jalüzləri ilə bağlı sürücülərə xəbərdarlıq edib
- DYP sürücülərə xəbərdarlıq edib
- DYP küləkli hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib