Roma Papası Azərbaycan Prezidentini təbrik edib


16:26     27 May 2019 19_05_27_1558960042.jpg

Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib.


Femida.az -ın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaq mənim üçün yaranmış xoş fürsətdir. Ulu Tanrıdan diləyim odur ki, həmrəylik və ədalət naminə apardığımız ümumi işlərimizdə qoy bizə dəstək olsun, ölkənizin vətəndaşları ailə səadətinə və sosial rifaha qovuşsun, gəncləriniz gələcəyə ümidlə yaşasınlar.

Zati-alinizə, hökumətinizin üzvlərinə, o cümlədən bütün Azərbaycan xalqına Ulu Tanrının xeyir-duasını diləyirəm”.

Açar sözlər:

Oxunub: 215