Zelenski özünə yeni ofis axtarır


16:44     27 May 2019 19_05_27_1558961071.jpg

Ukrayna prezidenti Vladimir Zelenski özünə yeni ofis axtarır.
Femida.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbər müavini Yuriy Kostyuk bildirib. Onun sözlərinə görə, Zelenskinin komandası Bankovskaya küçəsindən Kiyevin mərkəzinə köçmək niyyətindədir.

Hazırda dövlət başçısı üçün yeni ofis axtarışına başlanılıb: “Biz köçmək istəyirik. Bunu ona görə edirik ki, tez və az büdcəli varinat tapaq".

Y.Kostyuk qeyd edib ki, dövlət başçısının yerləşdiyi hazırki binada işləmək çox çətindir.

Açar sözlər:

Oxunub: 391