Maaş almaq üçün gedərkən faciə yaşadılar: 30 ölü, 200 itkin


18:14     27 May 2019 19_05_27_1558961209.jpg

Konqo Demokratik Respublikasının şimal-qərbində yerləşən Mai-Ndombe gölündə gəminin batması nəticəsində ən azı 30 nəfər həlak olub, daha 200-ü itkin düşüb.


Milli.Az xəbər verir ki, bu haqda İnonqo şəhərinin meri Simona Mboo Vembaya istinadən "Assoşieyted Press" agentliyi bildirib.

Agentliyin məlumatına görə, gəmidə olanların əksəriyyəti maaş almaq üçün gedən müəllimlər idi.

Qeyd edilir ki, yolların keyfiyyətsiz olması onlara başqa üsullarla lazımi yerə çatmağa imkan vermir.

Hakimiyyətin məlumatına görə, gəmidə bir neçə yüz sərnişin olub, onlardan 80-dən çoxu xilas edilib. (publika.az)

Açar sözlər:

Oxunub: 814