Beynəlxalq axtarışda olan maşın Azərbaycanda tapıldı
20:02 27 May 2019
Respublika ərazisinə gətirilən, ban nömrəsi saxtalaşdırılan və beynəlxalq axtarışda olan avtomobil aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, sənədlərdən və gömrük eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə edərək xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə nəqliyyat vasitələrinin gətirilməsi və satışının təşkil edilməsi barədə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə əməliyyat məlumatı daxil olub.
Belə ki, gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, 2009-cu il buraxılışlı, şassi nömrəsi "JTJHY00W104040870" olan "Lexus LX 570" markalı avtonəqliyyat vasitəsinin üzərindəki metal lövhə və ban nömrəsinin kustar üsulla vurulması şübhə doğurduğu üçün "Lexus Bakı Mərkəzi" MMC-ə məktubla müraciət edilib.
Yoxlama zamanı "Lexus LX 570" markalı avtonəqliyyat vasitəsinin beynəlxalq axtarışda olduğu, kompüter müayinəsindən sonra həmin nəqliyyat vasitəsinin ban nömrəsinin qeyri istehsalçı müdaxiləsi nəticəsində silindiyi, avtomobilə məxsus qanuni ban nömrənin "JTJHY00W204024709" olduğu müəyyən edilib.
Femida.az
Oxunub: 376
Oxşar xəbərlər
- Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Rusiyaya səfər edəcək
- Beynəlxalq Ədalət Məhkəməsi Ukrayna-Rusiya işi üzrə dinləmələr keçirəcək
- Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib
- Beynəlxalq Qırmızı Xaç Komitəsinə yeni rəhbər seçilib
- Beynəlxalq axtarışa verilən azərbaycanlı Ukraynada tutuldu
- Beynəlxalq Kitab Sərgisində Ermənistanın cinayətləri nümayiş etdirilir
- Beynəlxalq Bank “Şərurlu İsfəndiyar” və keçmiş deputatın oğlunu məhkəməyə verdi
- Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycana gəlib
- Beynəlxalq hüquq yalnız hərbi yolla bərpa edilə bilərdi
- Beynəlxalq qurumlara Bərdə terroru barədə hesabat göndərildi