Müəllim və valideynlərin müraciətləri dinləniləcək


20:18     27 May 2019 1442037015_trend_tehsil_nazirliyi_education_ministre_300615_3.jpg

Mayın 31-də paytaxtın Suraxanı və Xətai rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Femida.az -a verilən məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 221 nömrəli tam orta məktəbdə (ünvan: Naximov küçəsi, 221) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 323