Tonoyan həmsədrlərlə Qarabağı müzakirə etdi


20:57     27 May 2019 2019/05/B6600C92-DA0E-4328-89E3-CE7039E9CEF8_1558977175.jpeg

Ermənistanın müdafiə naziri David Tonoyan İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Ermənistan-Azərbaycan dövlət sərhədindəki mövcud vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlər müzakirə olunub.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) regiona səfərə gəliblər. Onlar Ermənistandan sonra Azərbaycanda bir sıra görüşlər keçirəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 469