Bakıda gənc qızı vəhşicəsinə döydülər


10:07     28 May 2019 19_05_28_1559023697.jpg

Nizami rayonunda bir nəfər döyülərək ağır xəsarət alıb.

Femida.az -ın ONA-ya istinadən məlumatına görə, hadisə Qara Qarayev küçəsində baş verib.

1997-ci il təvəllüdlü Könül Rəşidova Nəriman adlı şəxs tərəfindən döyülüb. Qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən Nəriman Məmmədovu saxlayıb.

Açar sözlər:

Oxunub: 431