Azərbaycanın bu universitetlərində təhsil alanların nəzərinə - "DİPLOMLARINIZ TANINMAYACAQ"


11:12     28 May 2019 19_05_28_1559025554.jpg

Türkiyənin Ali Təhsil qurumu Azərbaycanın üç universitetini “tanınmayan” təhsil müəssisələri siyahısına daxil edib.


Femida.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O, bildirib ki, əsas səbəb kimi FETÖ hadisələri göstərilir:

"Təəssüflər olsun ki, Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) qərar qəbul edib və Azərbaycanın Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universiteti “tanınmayan” universitetlər siyahısına salınıb. Rəsmi sənəddə bu universitetlərin tanınmamasına səbəb kimi Türkiyədə FETÖ olayları yazılıb".

Ekspert bildirib ki, yeni qərarə əsasən bu universitetin məzunları məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura təhsili ala bilməyəcək.

Açar sözlər:

Oxunub: 518