Qarabağ əlillərinə yeni avtomobillər verildi


11:49     28 May 2019 19_05_28_1559029899.jpg

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 avtomobil Qarabağ müharibəsi əlillərinə təqdim olunub.
Femida.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov tədbir iştirakçılarını 28 May - Respublika günü münasibəti ilə təbrik edib. O qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqqı və minimum pensiya orta hesabla 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətlər 50 faiz, həmçinin tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb.

“Ümumilikdə, bu ilin ilk aylarında reallaşdırılan sosial paket təqribən 3 milyon insanın rifahına ciddi dəstək olub. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, indiyədək isə 6654 mənzil verilib. Cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil təqdim olunacaq. Cari ilin ötən dövründə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 300 manata çatdırılıb, müharibə əlilləri üçün müavinət və təqaüdlər də orta hesabla 100 faiz artırılıb, I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü təsis edilib. 12268 şəhidin vərəsələrini əhatə edən birdəfəlik ödəmə (11 min manat) ilə təminat proqramı artıq 80 faiz icra olunub”.



A.Kərimov diqqətə çatdırıb ki, 2018-ci ildə 265 müharibə əlilinə minik avtomobili verilib. “Dövlət başçısının 18 mart 2019-cu il tarixli Sərəncamı ilə ayrılmış vəsait 2019-cu ildə əlavə olaraq 400-dən artıq avtomobilin alınmasına, beləliklə, cari ildə müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan artıq 50 avtomobil bu gün təqdim edilir. Bununla da indiyədək 6200-dək avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara verilib”.

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 avtomobil Qarabağ müharibəsi əlillərinə təqdim olunub.
Azvision.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov tədbir iştirakçılarını 28 May - Respublika günü münasibəti ilə təbrik edib. O qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqqı və minimum pensiya orta hesabla 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətlər 50 faiz, həmçinin tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb.

“Ümumilikdə, bu ilin ilk aylarında reallaşdırılan sosial paket təqribən 3 milyon insanın rifahına ciddi dəstək olub. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, indiyədək isə 6654 mənzil verilib. Cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil təqdim olunacaq. Cari ilin ötən dövründə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 300 manata çatdırılıb, müharibə əlilləri üçün müavinət və təqaüdlər də orta hesabla 100 faiz artırılıb, I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü təsis edilib. 12268 şəhidin vərəsələrini əhatə edən birdəfəlik ödəmə (11 min manat) ilə təminat proqramı artıq 80 faiz icra olunub”.



A.Kərimov diqqətə çatdırıb ki, 2018-ci ildə 265 müharibə əlilinə minik avtomobili verilib. “Dövlət başçısının 18 mart 2019-cu il tarixli Sərəncamı ilə ayrılmış vəsait 2019-cu ildə əlavə olaraq 400-dən artıq avtomobilin alınmasına, beləliklə, cari ildə müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan artıq 50 avtomobil bu gün təqdim edilir. Bununla da indiyədək 6200-dək avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara verilib”. Azvision.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov tədbir iştirakçılarını 28 May - Respublika günü münasibəti ilə təbrik edib. O qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqqı və minimum pensiya orta hesabla 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətlər 50 faiz, həmçinin tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb.

“Ümumilikdə, bu ilin ilk aylarında reallaşdırılan sosial paket təqribən 3 milyon insanın rifahına ciddi dəstək olub. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, indiyədək isə 6654 mənzil verilib. Cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil təqdim olunacaq. Cari ilin ötən dövründə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 300 manata çatdırılıb, müharibə əlilləri üçün müavinət və təqaüdlər də orta hesabla 100 faiz artırılıb, I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü təsis edilib. 12268 şəhidin vərəsələrini əhatə edən birdəfəlik ödəmə (11 min manat) ilə təminat proqramı artıq 80 faiz icra olunub”.



A.Kərimov diqqətə çatdırıb ki, 2018-ci ildə 265 müharibə əlilinə minik avtomobili verilib. “Dövlət başçısının 18 mart 2019-cu il tarixli Sərəncamı ilə ayrılmış vəsait 2019-cu ildə əlavə olaraq 400-dən artıq avtomobilin alınmasına, beləliklə, cari ildə müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan artıq 50 avtomobil bu gün təqdim edilir. Bununla da indiyədək 6200-dək avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara verilib”.

Açar sözlər:

Oxunub: 382