Keçmiş məhkumlar sərxoş olub maşın qaçırdılar


12:28     28 May 2019 19_05_28_1559030332.jpg

Şəki sakini T.Mustafazadənin “Vaz 2109” markalı avtomobili qaçırılıb.

Femida.az xəbər verir ki, Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən taksi sürücüsü mayın 27-i gecə saatlarında 2 nəfər sərnişini dedikləri ünvana çatdırdıqdan sonra onlar xidmət haqqını ödəməkdən imtina etdikləri üçün aralarında mübahisə yarandığını, daha sonra həmin şəxslər tərəfindən maşınının qaçırıldığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilmiş tədbirlər nəticəsində həmin avtomobili qaçıran və daha sonra saxlayıb tərk etmiş şəxslərin əvvəllər məhkum olunmuş 2 nəfər, şəhər sakinləri - Zaur Rəşidov və Ruslan Həsənov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Saxlanılan şəxslər həmin hadisə zamanı sərxoş olduqlarını etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 300