Toyuq hinində narkotik yetişdirənlər saxlanıldı


13:15     28 May 2019 2019/05/EDFD2E12-97B8-494A-9F41-091311116255_1559035292.jpeg

Şəkidə toyuq hinində narkotik yetişdirilib.

Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, mayın 27-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini saxlanılıb.

Rayonun Quşencə kənd sakini 28 yaşlı Turab Alıyevin evinə baxış keçirilən zaman həyətyanı sahədə və toyuq hininin içərisində xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 4 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 519