Avtomobil oğruları saxlanılıb


15:17     28 May 2019 publraf.com1423305887hebs-a.jpg

Mayın 27-də Şəki şəhərinin M.F.Axundov prospektindən şəhər sakini T.Mustafazadəyə məxsus “VAZ-21009” markalı avtomobilin qaçırılması barədə Şəki ŞRPŞ-yə müraciət daxil olub.

Femida.az DİN-in saytına istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Z.Rəşidov və R.Həsənov qısa müddətdə avtomobillə birgə M.Hüseynzadə küçəsində saxlanılıblar.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 313