Həyətində ağac əvəzinə narkotik əkən şəxs tutuldu


16:24     28 May 2019 2019/05/narkotik-cetene_yeni_1558423712.jpg

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Femida.az -a bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının mayın 27-də daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Könüllü kənd sakini Tanrıverdi Verdiyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.

Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan hündürlüyü 100-160 santimetr olan 9 ədəd çətənə kolu aşkar olunub. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib.

Dindirilmə zamanı həmin şəxs çətənə kollarını şəxsi istifadə məqsədilə özü becərdiyini bildirib. Faktla bağlı araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 389