Kürdəmir müəllimi "Etwinning" layihəsində - FOTO


16:53     28 May 2019 2019/05/B6730F50-3E42-467F-8BB3-23F9B3E23D58_1559048791.jpeg


Kürdəmir şəhər 3 saylı tam orta məktəb bu ildən beynəlxalq Etwinning layihəsinə qoşulub.


Sözügedən layihə Azərbaycanda Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında icra olunur , pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, təhsil layihələri yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir. Belə birgə təhsil layihələrindən biri də “ 2023 Egitim vizyonu ışığında okullarımızda tasarım və beceri atölyeləri “ projesidir. 11 fevral 2019-cu il tarixində yaradılmış bu projenin qurucuları Türkiyəli müəllimlər Erol Yıldırım və Nilay Kıymaçıdır. 180 müəllimin iştirak etdiyi bu layihəyə mən də Azərbaycanın Kürdəmir rayonundan, şəhər 3 saylı tam orta məktəbin müəllimi olaraq qoşulmuşam. Artıq dörd aydır ki, şagirdlərimlə bərabər projemizin ibarət olduğu bilim, sənət, idman, mədəniyyət , yaşam adlı atelyeləri çərçivəsində müxtəlif maraqlı çalışmalar üzərində işləyirik. Həm öyrənirik , həm əylənirik. Güclü gələcəyi hədəfləyən bu proje şagirdlərimizin maraq , bacarıq və təfəkkürünün inkişafı üçün məktəblərdə sənət – bacarıq atelyelərinin qurulmasını məqsədə müvafiq sayır. Bütün təhsil sistemimizdə şagirdlərimizin düşüncə , duyğu və fiziki ehtiyaclarını dəstəkləyən beynəlxalq standartları müəyyənləşdirməyə kömək edəcək bir layihədə çalışmaqdan qürur duyuram.



Bu proje ilə öyrənilən bilgilərin yaşayış bacarıqlarına çevrilməsinə çalışırıq. Eyni zamanda etdikləri çalışmalar ilə şagirdlərə böyük sevinc hissini duydurmaq məqsədlərimizdən biridir. Proyektimizin sənət atelyesində şagirdlərim bu vaxta qədər heç anlayışlarının da olmadığı Ebru sənətinin sirlərini öyrəndilər. Mən də onlarla bərabər çox şey öyrəndim. Su üzərində boya ilə müxtəlif rəsmlər çəkməklə ruhumuzu dincəltdik , böyük zövq aldıq. Elə bil dünya ovcumuzun içində idi. Artıq şagirdlərim arasında gələcəkdə Ebru sənətinə yiyələnmək arzusunda olanlar da var.

Şagirdlərim böyük maraqla izlədikləri kukla teatrlarının onlar üçün bəzi gizli məqamlarını projemizin mədəniyyət atelyesində öyrəndilər. Kukla teatrının tarixini araşdırdılar, istifadəsiz geyim ləvazimatlarından kuklalar düzəltdilər və həmin kuklalarla tamaşa da nümayiş etdirdilər.

Yaşam atelyesində şagirdlər bitki yetişdiriciliyi , toxum səpmə prosesi , bitkilərə qulluq göstərmə kimi bacarıqlara yiyələndilər. Beləliklə, “Bitkilərin varlığı yer üzündəki həyatın davam etməsi üçün əvəzolunmazdır “ fikri şagirdlərim üçün deviz olaraq qalmır

İdman atelyesində açıq hava oyunları : dart oyunu, sək – sək oyunu, yanan top oyunlarını əylənərək oynadılar və çox sevindilər.

Bilim atelyesində isə şagirdlər məhsulun hazırlanma bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələrlə tanış oldular, müxtəlif texniki vasitələr : paltaryuyan və qabyuyan maşınlar, telefonlar, soyuducular , elektrik sobaları yaratdılar. Sonda gördüyümüz bütün işləri sərgiləyərək projemizin sərgisini təşkil etdik. Sərgimizi Kürdəmir rayon Təhsil Şöbəsinin müdiri Natiq Tarıverdiyevin iştirakı ilə acdıq. Şagirdlər layihə boyu gördükləri çalışmaları sərgi iştirakçılarına böyük sevinclə təqdim etdilər.



Layihəmizdə ən vacib məqamlardan biri də odur ki, şagirdlərim Türkiyəli həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq və onların adət- ənənələri , həyat tərzləri , mədəniyyətləri ilə tanış olmaq, öz məktəblərini, rayon, şəhər və ölkələrini təmsil etmək fürsəti qazanırlar. Beləliklə, şagirdlərə yeni bilik və bacarıqları daha maraqlı, əyləncəli və səmərəli yolla əldə etməyə kömək edən bir layihədir.

Günəş Şərəfəddin qızı Xudiyeva

Azərbaycan dili və ədəbiyyat müəllimi

Femida.az



Açar sözlər: #Təhsil  

Oxunub: 963