Bölgələrdə yağış dayanmır - Qubada körpünü sel apardı


18:38     28 May 2019 sel%20lerik7.jpg

Güclü yağış Qubada bir sıra fəsadlar törədib.

Femida.az Şimal bürosunun verdiyi məlumata görə, güclü yağış nəticəsində Tülər kəndinə gedən yolda, Ağçay üzərindəki "Keçid körpüsü"nü sel aparıb. Körpü ətrafında yol tam yararsız hala düşüb.

Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Xudaverdiyev bildirib ki, güclü yağış Qubanın Tülər kəndi ilə yanaşı, Xanəgah kəndinə gedən yollarda da problemlər yaradıb. Kəndə gedən yolda sel yolu bağlayıb. Hər iki əraziyə texnika göndərilib.

Komissiya sədri yolun 1 saat müddətinə açılacağını bildirib. Qeyd edək ki, çayların bir sahilindən digər sahilinə keçməkdə müvəqqəti çətinlik yaranıb.

Femida.az

Açar sözlər:

Oxunub: 319