Zərif Azərbaycana səfər edəcək
21:21 28 May 2019
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yaxın günlərdə Azərbaycana səfər edəcək.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat departamentinin rəhbəri Seyid Abbas Musəvi bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.
Musəvi bildirib ki, İran Azərbaycan ilə yaxın qonşu və dost dövlətdir. Rəsmi Tehran Bakı ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir. O qeyd edib ki, Zərifin Azərbaycana səfəri region dövlətlərinə etdiyi səfərlərin davamı olacaq. İran xarici siyasət kursunda region ölkələri ilə ikitərəfli münasibətlərin inkişafını hər zaman diqqətə saxlayır.
Departament rəhbəri onu da vurğulayıb ki, səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulub. Görüşlərdə iqtisadi, siyasi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə ediləcək. (AzərTAc)
Femida.az
Oxunub: 256
Oxşar xəbərlər
- Zərif vəzifəsindən getdi
- Səfirlikdən Zərifin Bakı səfəri ilə bağlı açıqlama
- İlham Əliyev Cavad Zərifi qəbul etdi
- Zərif Rusiya haqqında danışığına görə üzr istəyib
- Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 98 il ötür
- Çavuşoğlu ilə Zərifin görüşü baş tutub
- Prezident və birinci xanım “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması mərasimində iştirak edib
- Zərif ABŞ ilə danışıqlara qayıtmaq şərtini açıqlayıb
- İran XİN: Zərif Cənubi Qafqaza ən mühüm səfərlərindən birini edib
- Zərif Naxçıvanda səfərdədir