Qarabağ veteranı yaşadığı kənddə ölü tapıldı


23:18     28 May 2019 publika.az1440574962Meyit.jpg

Qax rayonunda meyit tapılıb.

Axşam saatlarında Qax Təcili Tibbi Yardım Stansiyasına rayonun Güllük kəndində bir nəfərin yerdə uzanıqlı vəziyyətdə hərəkətsiz halda qalması barədə məlumat daxil olub.

Məlumat əsasında hadisə yerinə yollanan təcili tibbi yardımın həkimləri kişi meyiti aşkarlayıblar. Meyitin Güllük kənd sakini, 1968-ci il təvəllüdlü Cahangir Zakir oğlu Məmmədova aid olması məlum olub. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib. 51 yaşlı Cahangir Məmmədovun hansı səbəbdən ölməsi araşdırılır.

Qeyd edək ki, ölən şəxs birinci qrup Qarabağ müharibəsi əlilidir. / Report

Femida.az

Açar sözlər: #veteran  

Oxunub: 588