"Anam həkim səhlənkarlığının qurbanı oldu" - Sabunçu xəstəxanasında etiraz (VİDEO)


12:06     29 May 2019 19_05_29_1559117308.jpg


Sabunçu rayon sakini Məmmədov Rəfi Vaqif oğlu anasının yaşadığı rayon xəstəxanasında həkim məsuliyyətsizliyinin qurbanı olduğunu iddia edib.

Femida.az unikal.org-a istinadən xəbər verir ki, 3 saylı Şəhər Klinik Xəstəxanasının önündə etiraz edən vətəndaş Rasim adlı həkimin, eləcə də digər xəstəxana əməkdaşlarının ondan pul aldığını, anasının dərmanlarını vaxtında vermədiyini və qadına lazımi tibbi xidmət göstərmədiyini bildirib.

O, hüquq mühafizə orqanlarına şikayət etdiyini, 37 gün keçməsinə baxmayaraq, anasının ölüm səbəbinin hələ də açıqlanmadığını qeyd edib.

Qeyd edək ki, Rəfi Məmmədov İXM-in 206-cı maddəsi ilə 20 gün müddətində həbs olunub.



Femida.az

Açar sözlər: #Sabunçu   #həkim   #ölüm  

Oxunub: 1315