MSK seçicilərin son sayını açıqladı


12:49     29 May 2019 mskk7.jpg

Azərbaycanda seçicilərin siyahısının dəqiqləşdirmə prosesinə yekun vurulub.


Femida.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib. MSK sədri bildirib ki, seçicilərin siyahısının dəqiqləşdirmə prosesinə yanvar ayından start verilib:
"Hazırda Azərbaycanda 5 milyon 212 min 902 seçici var. Seçicilərin 50.83 %-ni qadınlar, 49.17 %-ni isə kişilər təşkil edir".

M.Pənahovun sözlərinə görə, bu il ötən illə müqayisədə seçicilərin sayında 21 min nəfər artım müşahidə olunub: "Ən yaşlı seçici Bərdə rayonunun 94 saylı dairəsində səs verəcək 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqədir. Ən yaşlı kişi seçici isə 120 saylı Laçın seçki dairəsindən 107 yaşlı Əhmədov Şahverdidir.

Femida.az

Açar sözlər:

Oxunub: 273