Dələduzluq edən ər-arvada hökm oxunub
12:50 29 May 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ellada Babayeva və onun həyat yoldaşı Emil Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Femida.az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E. Babayev 8 il azadlıqdan məhrum edilib. E. Babayevanın cəzası isə 2015-ci il təvəllüdlü qızı 14 yaşına çatana qədər təxirə salınıb və o, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, ər-arvad olan E. Babayevlə E. Babayeva bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq ediblər. Zərərçəkmişlər turizm şirkətlərinin nümayəndələridir. E.Babayeva və E.Babayev onlardan iş görmək, tur paketləri təşkil etmək adı ilə müxtəlif məbləğlərdə pul və təyyarə biletləri alıblar. Lakin sonradan ödənişlər geri qaytarılmayıb.
Femida.az
Oxunub: 406
Oxşar xəbərlər
- Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub
- Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub
- Dələduzluqda təqsirləndirilən şəxs bəraət aldı - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Dələduzluq yolu ilə 15 min alan “vəzifəli şəxs” tutuldu - Məhkəməsi başlayır
- Dələduzluqda ittiham olunan sabiq prokurorun işi icraata verilib
- Dələduzluqda ittiham olunan qadına bəraət verilib
- Dələduzluqda ittiham edilən sabiq polisin "çoxsahəli fəaliyyəti" - MƏHKƏMƏ
- Dələduzluqla sığorta ödənişi tələb edən şəxslər ifşa olunub
- Dələduzluq edən şəxs saxlanılıb - FOTO
- Dələduzluq edən şəxs ələ keçdi