Gücləndirilmiş iş rejimi sabaha qədər davam edəcək
13:27 29 May 2019
UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) gücləndirilmiş iş rejimində çalışacaq.
DANX-dan Femida.az-a verilən məlumata görə, ölkənin 62 avtovağzal və avtostansiyası bu gün ən sıx qrafikini yaşayır.
Bildirilib ki, ümumilikdə respublika üzrə həm beynəlxalq, həm də yerli daşımalara görə 100-ə yaxın əlavə avtobus xəttə buraxılıb: “Gücləndirilmiş iş rejimi sabaha qədər davam edəcək. “Bakı Taksi Xidməti” MMC-nin London taksiləri ilə bir qrup fiziki məhdudiyyətli azarkeşin də Olimpiya Stadionuna pulsuz daşınması təmin olunacaq”.
Femida.az
Oxunub: 307