Nazirlik 90 əlili istirahətə göndərib
14:54 29 May 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili sahəsində görülən işlərin davamı kimi, daha 90 nəfər Lənkəran rayonundakı istirahət mərkəzinə göndərilib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, həmin əlilliyi olan şəxslər sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya, həmçinin onlara istirahət etmək imkanının yaradılmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Əlilliyi olan şəxslərin istirahətinin təşkili nazirliyin “2019-cu il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur.
Bu il 1200 nəfərdən çox əlilliyi olan şəxsin ölkənin istirahət mərkəzlərində 10 gün müddətində istirahətinin təşkili nəzərdə tutulub. Bu ayın ortalarından başlayaraq onlardan artıq 180 nəfər Lənkəran rayonundakı istirahət mərkəzinə yola salınıb.
Femida.az
Oxunub: 284
Oxşar xəbərlər
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Nazirlik “Omikron”dan qorunmaq üçün əhaliyə tövsiyə verib
- Nazirlik təhrif olunmuş xəritələrlə bağlı tədbirlər planı hazırlayıb
- Nazirlik vəfat edən şəxsin topladığı pensiya kapitalının taleyinə aydınlıq gətirib
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlik zəif anemiyası olan uşaqlara peyvənd vurulmasını tövsiyə edib