“Heç bir şikayət daxil olmadı” - Məzahir Pənahov


06:07     02 Noyabr 2015 trend_mezahir_penahov.jpg


“Milli Məclisə seçkilər keçirildi və baş tutdu. Seçicilər bütün məntəqələrə vaxtında gəldi və axşam saat 19:00-da seçici fəallığı 55.7 faiz təşkil etdi”.

Femida.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

M.Pənahov qeyd edib ki, ötən parlament seçkisindən təxminən seçici fəallığı 6 faizə qədər çoxdur: “Məntəqələr vaxtında açıldı və bağlandı. Veb-kameralar kəsilmədən sona kimi fəaliyyət göstərdi. Heç bir şikayət daxil olmadı. Müraciətlər əsasən məlumat xarakterli idi”.

Onun sözlərinə görə, səsvermə günü MSK-nın "qaynar xətti"nə 150-ə qədər müraciət daxil olub ki, bunlarda texniki məsələlərlə bağlı olub.

Açar sözlər:

Oxunub: 973