Finala gələn turist pasportunu itirdi - Polis tapdı


16:14     29 May 2019 19_05_29_1559132127.jpg


Bakıda finala oyununa baxmağa gələn turist pasportunu itirib.


Femida.az DİN-ə istinadən xəbər verir ki, Səbail RPİ 9-cu Polis Bölməsinin əməkdaşı, polis kapitanı Fədai Maqsudov ərazidə xidmət apararkən xarici vətəndaşa məxsus içində sənədlər olan cüzdan tapıb. Dərhal həmin cüzdanın sahibinin tapılması üçün tədbirlərə başlanılıb. Qısa müddətdə həmin xarici vətəndaş polis əməkdaşları tərəfindən tapılıb və cüzdanı ona təqdim olunub. Ölkəmizə turist kimi gəlmiş həmin şəxs belə operativliyə görə polis əməkdaşlarına minnətdarlığını bildirib.

Femida.az

Açar sözlər: #UEFA   #final   #turist  

Oxunub: 400