3 rayonda fermerlərə təlim keçirilib

3 rayonda fermerlərə təlim keçirilib


17:32     29 May 2019 2019/05/2-3118241412_1559136837.jpg

Mayın 27-də Salyan, Samux və Ağcabədi rayonlarında heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup sahibkara “Xırdabuynuzlu heyvanlarda qurd və bruselyozxəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” və “Xırdabuynuzlu heyvanlarda dabaq və qarayara xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzularında təlimlər keçirilib.


Femida.az xəbər verir ki, təlimlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Salyan, Samux və Ağcabədi rayonlarındakı baytarlıq mütəxəssisləri tərəfindən aparılıb.

Keçirilən təlimlərdə sahibkarlara heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də xidmətin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.

Təlimlərdə qurd, bruselyoz, dabaq və qarayara xəstəlikləri və bu xəstəliklərin müalicə-profilaktikasında istifadə olunan peyvənd vasitələri barədə ətraflı məlumat verilib.

Həmçinin xırdabuynuzlu heyvanların bruselyoz, dabaq və qarayara xəstəliklərinin profilaktikasında peyvəndləmənin vacibliyi xüsusi qeyd edilib.

Xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətindən danışılıb. Xırdabuynuzlu heyvanların bəslənib saxlanması ilə məşğul olan fermerlərin qatıldığı təlimlərdə sözügedən xəstəliklərin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yollarından danışılıb, eləcə də baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası, mövsümlə əlaqədar baş verən xəstə¬liklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər barədə məlumatlar verilib.

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və onların problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 126