Həmsədrlər Bakıya gəlir


18:55     29 May 2019 19_05_29_1559137602.jpg


ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər çərçivəsində sabah Bakıda olacaqlar.


Femida.az-ın məlumatına görə, həmsədrlər Bakıda bir sıra rəsmi görüşlər keçirəcəklər.
Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik mayın 27-də Ermənistana səfər ediblər.
Bu gün onlar Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində olublar.

Femida.az

Açar sözlər: #ATƏT  

Oxunub: 381