Ucar sakini naməlum şəraitdə bıçaqlanıb


17:52     29 May 2019 bicaq_elbeyaxa_00.jpg

Ucar rayonunda yerli sakin naməlum şəraitdə bıçaqlanıb.



Hadisə gecə saatlarında Ucar şəhərinin mərkəzi küçələrindən birində yerləşən parkın ərazisində qeydə alınıb.

Belə ki, rayonun Alpoud kənd sakini, 36 yaşlı Cəbrayıl Abbasov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat edilib. Hazırda vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 340