Rusiya Ombudsmanı Fuad Abbasovla bağlı açıqlama verdi
20:20 29 May 2019
“Azərbaycan jurnalisti Fuad Abbasovun saxlanılması məsələsini yaxından öyrənəcəyik və ona baş çəkməyə çalışacağıq”.
Bunu “Report”un Rusiya bürosuna Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Tatyana Moskalkova deyib.
“Fuad Abbasovun saxlanılmasına dair heç kim bizə müraciət etməyib. Sizin sualınıza qədər Moskvada Azərbaycan jurnalistinin saxlanması ilə bağlı heç bir məlumatımız yox idi. Bu cür hallara çox həssas yanaşırıq və onları nəzarətdə saxlayırıq”, – T.Moskalkova bildirib.
Fuad Abbasov
Fuad Abbasov
Öz növbəsində, Fuad Abbasovun vəkili Teyyub Şərifov “Report”a açıqlamasında deyib ki, onun deportasiyası daha yuxarı instansiya məhkəməsinə şikayət edildiyinə görə qeyri-müəyyən müddətə təxirə salınıb.
“Ximki şəhər məhkəməsinin Fuad Abbasovun deportasiyasına dair qərarından Moskva vilayət məhkəməsinə apellyasiya şikayəti verdik. Məhkəmənin ilkin iclasının vaxtı hələ təyin olunmayıb. Şikayətə baxdıqdan sonra məhkəmə Fuadın Azərbaycana deportasiya edilməsinin qanuniliyi ilə bağlı qərar verəcək”, – vəkil bildirib.
Xatırladaq ki, Azərbaycan jurnalisti Fuad Abbasov bu il mayın 16-da Ximki şəhərində miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunaraq saxlanılıb. Hazırda jurnalist Korolyovdakı xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzindədir.
Oxunub: 387
Oxşar xəbərlər
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Rusiya böyük itkilər verdi
- Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
- Rusiya Finlandiyaya xəbərdarlıq edib