Tramp Ərdoğana zəng etdi: Raketlər...


21:37     29 May 2019 19_05_29_1559151662.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

Femida.az “Takvim”ə istinadən xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Danışıqlar əsnasında R.T.Ərdoğan Rusiyadan almaq niyyətində olduqları “S-400” raket sistemlərilə bağlı ortaq işçi qrupu yaratmaq təklifini təkrar irəli sürüb.

Həmçinin Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altuna görə, tərəflər Yaponiyada keçiriləcək G-20 zirvə görüşündə də təkrar görüşmək barədə razılaşıblar.

Femida.az

Açar sözlər: #Tramp  

Oxunub: 339