Göyçayda sosial aksiya keçirilib
09:06 30 May 2019

Park, xiyaban və bağçaların ərazilərinin çirkləndirilməsi və zibillənməsi müasir dövrün ən aktual ekoloji problemlərindən biri hesab olunur. Belə ki, parklarda təmizliyə riayət olunmaması sanitar problemlərlə yanaşı, yollar, səkilər ətraf mühitin, eləcə də onun flora və faunasının zərər çəkməsinə səbəb olur.
Göyçay Gənclər Mərkəzinin "Şəhərimizi təmiz saxlayaq" adlı maarifləndirici sosial aksiyasına Göyçay Dövlət İdarəetmə və Texnologiya kolleci, Göyçay Peşə liseyinin, rayon İdman və Gənclər idarəsinin qoşulması və yüzlərlə gəncin iştirakı ilə sosial aksiya keçirilib.
Qeyd edək ki, şəhərin Heydər Əliyev prospektində keçirilən aksiyanın məqsədi Heydər parkında bəzi məişət tullantılarının xüsusilə plastik kütlələrdən hazırlanmış qablaşdırıcıların yığışdırılması (plastik qablar, butulka,polietilen,torbalar və s.), ətraf mühitin çox ciddi çirklənməsinin qarşısının alınması olub.
Bu mövzuda Göyçay Gənclər Mərkəzi tərəfindən hazırlanmış bukletlər, şüarlar və vərəqlər sakinlərə paylanıb. Aksiya zamanı iştirakçılar bütün sanitar normalara cavab verən ləvazimatlarla təchiz olunmuş və topladıqları tullantıları çeşidləyərək lazımi yerlərə toplayıblar.
Bu kimi maarifləndirci aksiyalar mütəmadi olaraq həyata keçirilir. Sözügedən bu aksiyaya yüzlərlə gənc qoşulub.
Sonda aksiya iştirakçıları hər kəsi təbiətin bizə bəxş etdiyi nemətlərdən qayğıkeş şəkildə istifadə etməyə və gələcək nəsillərin sağlamlığı naminə ətraf mühitə zərər vurmamağa çağırış ediblər.
Femida.az
Oxunub: 252
Oxşar xəbərlər
- Göyçayda avtomobil su kanalına aşıb, yaralılar var
- Göyçayda müştərini bıçaqla vurub öldürən satıcı tutularaq istintaqa cəlb edilib - RƏSMİ
- Göyçayda fəhlə hündürlükdən yıxılaraq xəsarət alıb
- Göyçayda qadın dəm qazından zəhərlənərək ölüb
- Göyçayda məktəbdən oğurluq edildi
- Göyçayda daha bir COVID-19 xəstəsi barədə cinayət işi açılıb
- Göyçayda evdən çıxan koronavirus xəstəsi aşkarlandı
- Göyçayda 8 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
- Göyçayda ər arvada 6 bıçaq zərbəsi vurdu
- Göyçayda karantin qaydalarını pozan COVID-19 xəstəsinə cinayət işi açılıb