Tək yaşayan evində asılı tapıldı


09:21     30 May 2019 intihar65.jpg



Balakəndə 81 yaşlı kişi intihar edib.

Hadisə bu gün səhər saat 05 radələrində rayonun Talalar kəndində baş verib.

Kənd sakini, 1938-ci il təvəllüdlü Həmzət Vahab oğlu Əhmədovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Evdə tək yaşayan 81 yaşlı H.Əhmədovun intihar etməsinin səbəbləri bilinmir.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır. ONA

Femida.az

Açar sözlər:

Oxunub: 332