Rəşid Behbudov küçəsində qəza - Piyada vuruldu


09:27     30 May 2019 piyada1.jpg

Bakıda qadını avtomobil vurub

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Femida.az ONA-ya istinadən xəbər verir ki, hadisə Rəşid Behbudov küçəsi ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsində yolu keçmək istəyən 1962-ci il təvəllüdlü Yusifova Amalya Zülfüqar qızını maşın vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 493