Bakıda yanan evdən meyit tapılıb


09:30     30 May 2019 yangin_38673636.jpg

Bakı şəhərinin Pirallahı rayonunda yanğın baş verib.

Femida.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı mansarda tipli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və mansardası 10 m² sahədə yanıb.

Yanğının kəşfiyatı zamanı tüstüdən boğulmuş 1951-ci il təvəllüdlü Şargin Sergey İvanoviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi və digər ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 307