DTX, DİN, DSX və MN rəhbərləri birlikdə futbola baxdı


10:14     30 May 2019 19_05_30_1559196950.jpg


Bakı Olimpiya Stadionunda baş tutan “Çelsi”-“Arsenal” matçını izləyənlər arasında Azərbaycanın yüksək vəzifəli məmurları da olub.

Femida.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Müdafiə naziri Zakir Həsənov, Daxili İşlər naziri Ramil Usubov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də matçı stadionda izləyənlər arasında idi.

Qeyd edək ki, mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq tarixində ikinci dəfə bu turnirin qalibi adını qazanıb.

Femida.az

Açar sözlər: #nazir  

Oxunub: 468