26 nəfər saxlanılıb - DİN məlumat yaydı
11:01 30 May 2019
Ötən gün ölkə yollarında baş verən 2 yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 20 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.
Oxunub: 718
Oxşar xəbərlər
- 26 ildən sonra azadlığa qovuşan MADAGİZ
- 26 cinayətin üstü “isti izlər”lə açılıb
- 26 cinayətin üstü “isti izlər”lə açıldı
- 262 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
- 26 ildən sonra kimliyi müəyyənləşən şəhidin nəşi doğma rayonuna gətirildi - RƏSMİ
- 26 yaşlı oğlan bıçaqlandı
- 2677 əcnəbiyə iş icazəsi verilib
- 26 yaşlı gənci avtomobil vurub - Sumqayıtda
- 263 min nəfər kredit kompensasiyası alıb
- 26 ildir itkin düşən həmyerlimiz tapıldı - Ukraynada